ÇÖKӘKOBA – Azərb. Resp. Zaqatala r-nunun Göyəm ə.d.-ndə kənd. R-n mərkəzindən 5 km q.-də, Tala çayının sahilindədir. Әh. 970 (2011); bağçılıq (fındıq, meyvə), bitkiçilik və heyvandarlıqla məşğuldur. Tam orta məktəb, kitabxana, tibb məntəqəsi var.