ÇÖKMӘ YATAQLAR – çay və su hövzələrinin dibində çöküntüəmələgəlmə prosesində formalaşmış faydalı qazıntı yataqları. Әmələgəlmə yerlərinə uyğun olaraq çay, bataqlıq, göl, dəniz və okean Ç.y.; çöküntü əmələgəlmə şəraitinə görə isə mexaniki, kimyəvi, biokimyəvi və eksqalyasion (vul kanogençökmə) tip Ç.y. ayrılır. Ç.y.-da filiz kütlələri, adətən, lay, bəzən linza formasın da olur və bir qayda olaraq, müəyyən stratiqrafik mövqe tuturlar. Bəzən metamorfizm və tektonik hərəkətlərin təsirindən onlar deformasiyaya uğrayaraq daha mürəkkəb şəklə düşürlər. Yarandığı mərhələyə uyğun olaraq ilkin çökmə, diagenetik və katagene tik Ç.y. ayrılır.
Ç.y. mühüm sənaye əhəmiyyəti daşıyırlar. Bütün yanar faydalı qazıntılar (neft, qaz, kömür, yanar şistlər), dəmir, manqan və alüminium filizlərinin bəzi tip yataqları, həmçinin bəzi əlvan və nadir metalların (U, Cu, V və s.) yataqları, tikinti materialları (qravelit, qum, gil, şistlər, əhəngdaşıları, tabaşir, dolomit, mergel, gips, yəşəm, trepel), daşduz, fosforit yataqları bura aiddir.