ÇÖL ŞPATLARI – ən geniş yayılmış süxur əmələgətirən minerallar qrupu. Yer və Аy süxurlarının 50%indən çoxunu təşkil edir. Ç.ş. kimyəvi cəhətdən Na, K və Caun alümosilikatlarıdır. Az miqdarda Ba, Sr, Pb, Fe, Li, Rb, Sc, Eu, Ce və s. qatışıqları da olur. Tərkibinə görə Ç.ş. nın çoxu Na[AlSi3O8] – K[AlSi3O8] – Ca[Al2Si2O8] üçlük sisteminə daxildir. Natriumlukalsiumlu Ç.ş.-na və ya plagioklazlara – Na[AlSi3O8] – Ca[Al2Si2O8] və kaliumlunatriumlu Ç.ş.-na və ya qələvi Ç.ş.-na – K[AlSi3O8] – Na[AlSi3O8] ayrılır. Nadir hallarda bariumlu Ç.ş.-na da (selzian, gialofan) təsadüf edilir. Ç.ş. monoklinik və triklinik sinqoniyalarda kristallaşır. Priz matik lövhəvarı, psevdorombik kristallar, ikiləşmələr əmələ gətirir. Şüşə parıltılı, köv rəkdir. Sərtliyi 6–6,5; sıxlığı 2500–2800 kq/m3 (bariumlu Ç.ş.-nınkı 3400 kq/m3). Adətən rəngsiz, qatışıqlardan asılı olaraq boz, çəhrayı, qırmızı, yaşıl, qara və s. olur. Ç.ş. qranit, siyenit və nefelinli peqmatit, həmçinin alyaskitli qranit və qneysqranit yataqlarından çıxarılır. Süxurların mütləq yaşının təyinində, keramika, şüşə, çinisaxsı sənayesində, bəzi növləri (amazonit, Ay daşı, labrador, belomorit) məmulat daşı və üzlük materialı kimi işlədilir.