ÇÖLBEŞDӘLİ – Azərb. Resp. Sabirabad r-nunda kənd. Çölbeşdəli ə.d.-nin (Çölbeş dəli, Zalqaraağac k.ləri daxildir) mərkəzi. R-n mərkəzindən 51 km c.-ş.-də, Kür çayının sahilində, Muğan düzündədir. Әh. 2470 (2011); heyvandarlıq və əkinçiliklə məşğuldur. Tam və ümumi orta məktəb, mədəniyyət evi, kitabxana, tibb məntəqəsi var.