ÇÖLDӘLLӘK – Azərb. Resp. Sabirabad r-nunun Nizami ə.d.-ndə kənd. R-n mərkəzindən 60 km c.-ş.-də, Kür çayının sahilində, Muğan düzündədir. Әh. 425 (2011); heyvandarlıq və əkinçiliklə məşğuldur. Ümumi orta məktəb, kitabxana, tibb məntəqəsi var.