ÇÖLQUŞÇU – Azərb. Resp. Şabran r-nunda kənd. Çölquşçu ə.d.-nin (Çölquşçu, Çayqaraqaşlı, Hacıqaraqaşlı, Xəlilli, Liman, Sarvan k.-ləri daxildir) mərkəzi. R-n mərkəzindən 21 km şm.-da, Samur-Dəvəçi ovalığındadır. Әh. 795 (2011); əkinçilik və heyvandarlıqla məşğuldur. Tam orta məktəb, klub, kitabxana, ambulatoriya, rabitə şöbəsi, poçt var.