ÇÖLMӘKÇİ – İrəvan xanlığının Qırx bulaq mahalında (9.9.1930 ildən Kotayk, 12.10.1961 ildən Abovyan r-nu), Zəngi çayının yuxarı axarında azərb.-ların yaşadığı kənd. 1828–30 illərdə kəndə İrandan və Türkiyədən gəlmə ermənilər yerləşdirilmişdir. Sonralar kəndin ərazisi İrəvan şəhərinin tərkibinə qatılmışdır.