ÇÖPӘDӘRӘ – Azərb. Resp. Zəngilan r-nunda kənd. Çöpədərə ə.d.-nin (Çöpədərə, Baharlı, Dəlləkli, Sobu k.-ləri daxildir) mərkəzi. R-n mərkəzindən 20 km c.q.-də, dağ ətəyindədir. Әh. 829 (2011); işğaldan (1993, oktyabr) əvvəl heyvandarlıq, əkinçilik, baramaçılıq və üzümçülüklə məşğul olmuşdur. Orta məktəb, kitabxana, klub, tibb məntəqəsi var idi.