ÇÖRÇİLL (Churchill) (1965 ilədək – Hamilton) – Kanadada, Labrador yanda çay. Uz. 560 km, hövzəsinin sah. 82 min km2. Labradorun mərkəzi hissəsində yerləşmiş bir qrup göllərin axımını yaradır. Atlantika okeanının Hamilton körfəzi ilə qolla birləşmiş Melvill gölünə tökülür. Şəlalələr (Çörçill-Fols, Maskrat-Fols), astanalar (Porkyupayn, Muni və s.) var. Ortaillik su sərfi 1558 m3/san. Noyabrdan mayadək buzla örtülü olur. Üzərində Smolvud su anbarı, SES var.
Чюрчилл чайы. Лабрадор йарымадасы. Канада.