ÇUBUXLU – İrəvan qub.-nın Yeni Bayazid qəzasında (31.12.1937 ildən Sevan r-nu), Göyçə gölü sahilində azərb.-ların yaşadığı kənd. İrəvan–Dilican yolunun üstündə yerləşirdi. 19 əsrin əvvəllərində Rusiya İrəvan xanlığını işğal etdikdən sonra azərb. əhali kənddən çıxarılmış və burada Türkiyədən köçürülmüş ermənilər yerləşdirilmişdir. 3.1.1935 ildə kəndin adı dəyişdirilərək Dzovagyuğ qoyulmuşdur.