ÇUBÚT (Chubut) – Argentinanın c.unda çay. Uz. 810 km, hövzəsinin sah. 138 min km2. Pataqoniya And drının ş. yamaclarından başlanır, dar dərin dərə ilə Pataqoniya yarımsəhra platosunu kəsərək Roson ş. yaxınlığında Atlantika okeanına tökülür. Әsas qolu Rio-Çikodur (sağdan). Azsuludur; ortaillik su sərfi təqr. 50 m3/san-dir; qışda kiçik daşqınlar olur. Aşağı axınında SES var.
Чубут чайы.