ÇUXANLI – Azərb. Resp. Salyan r-nunda kənd. Çuxanlı ə.d.-nin (Çuxanlı, Gəncəli, Piratman k.-ləri və Qırx Çıraq qəs. daxildir) mərkəzi. R-n mərkəzindən 6 km şm.-da, Әlət–Astara avtomobil yolundan 3 km aralı, Kür çayı sahilində, Cənub-Şərqi Şirvan düzündədir. Әh. 1820 (2011); əkinçilik və heyvandarlıqla məşğuldur. Tam orta mək təb, mədəniyyət evi, kitabxana, tibb məntəqəsi, 2 soyuducu anbar kompleksi var.