ÇUXRÓV Fyodor Vasilyeviç (15.7.1908, Moskva vil.-nin Yeqoryevsk ş. – 26.4.1988, Moskva) – rus mineraloq-geokimyaçısı. SSRİ EA akad. (1970; 1953 ildən m. üzvü). SSRİ Dövlət mükafatı laureatı (1951). Moskva Geoloji-Kəşfiyyat İn-tunu bitirmişdir (1932). 1936–56 illərdə SSRİ EA Geoloji Elmlər İn-tunda (1950 ildən direktor müavini) işləmişdir. 1956 ildən SSRİ EA Filiz yataqlarının geologiyası, Petroqrafiya, Mineralogiya və Geokimya İn-tunun direktoru vəzifəsində çalışmışdır. Elmi işləri filiz yataqlarının mineralogiyasına, filizəmələgəlmə proseslərinin geokimyasına həsr olunmuşdur. Təbii kolloidlər nəzəriyyəsini yaratmış, hipergenez zonasının geokimyası və mineralogiyasının öyrənilməsinə öz töhfəsini vermişdir. Lenin ordeni və digər orden və medallarla təltif olunmuşdur. Çuxro vitmineralı Ç.un şərəfinə adlandırılmışdır.
Ә s ə r l ə r i: Зона окисления сульфидных месторождений степной части Казахстана. М., 1950; Коллоиды в зем ной коре. М., 1955.