ÇUXUR QӘBӘLӘ – Azərb. Resp. Qəbələ r-nunda kənd. Çuxur Qəbələ ə.d.-nin mərkəzi. R-n mərkəzindən 34 km c.-q.-də, Qanıx-Әyriçay çökəkliyindədir. Әh. 983 (2011); taxılçılıq, heyvandarlıq və meyvəçiliklə məşğuldur. Balıqyetişdirmə z-du, tam orta məktəb, kitabxana, uşaq bağçası, rabitə qovşağı var.