ÇUXURAZӘMİ – Azərb. Resp. Şabran r-nunda kənd. Çuxurazəmi ə.d.-nin (Çuxurazəmi, Çovurar, Dəhnə, Qəriblik, Qızılqazma, Zöhrabkənd k.-ləri daxildir) mərkəzi. R-n mərkəzindən 60 km c.-q.-də, dağətəyi ərazidədir. Әh. 66 (2011); əkinçilik və heyvandarlıqla məşğuldur. Ümumi orta məktəb, kitabxana, feldşer-mama məntəqəsi var.