ÇUXURMӘHLӘ – Azərb. Resp. Ağdam r-nunun Xıdırlı ə.d.-ndə kənd. R-n mərkəzindən 6 km şm.-q.-də, Qarabağ düzündədir. Әh. 450 (2011); işğaldan (1993, iyul) əvvəl taxılçılıq, heyvandarlıq, quşçuluq və üzümçülüklə məşğul olmuşdur. Orta məktəb, klub, kitabxana, tibb məntəqəsi var idi.