ÇUXURYURD MİNERAL SU BULAQLARI – Azərb. Resp. Şamaxı r-nu ərazisində, Şamaxı ş.-ndən 8 km şm.-da, dəniz səviyyəsindən 1300 m yüksəklikdədir. Әhəngdaşılardan çıxır. Suyun tempru 16°C, debiti 45 m3/gün, minerallaşma də rəcəsi 0,9 q/l-dir. Balneoloji tərkibi:
Suyu zəif minerallaşmış, hidrogen sulfid qazlı, yodlu, bromlu, hidrokarbonatlı-natriumlu-kalsiumludur. Yerli əhali tərəfindən müalicə üçün istifadə edilir.