ÇUKÓÇYE – RF-də, Saxa (Yakutiya) Resp.-nda Kolıma çayının deltasında göl. Sah. 120 km2. Dayazdır. Sahilləri girintili çıxıntılıdır. Yağış və qar suları ilə qidalanır. Ç. yaxınlığında qolla birləşmiş Kiçik Ç. gölü (sah. 55 km2) yerləşir; bir sıra qol və göllərlə Ç. Nerpiçye gölü və Kolıma çayının sol qolu ilə birləşir.