ÇUQÁÇ DAĞLARI, Ç u q a ç (Chugach) – ABŞda, Alyaskanın c.-unda dağ massivi. Matanuska və Kopper çaylarının dərələri arası 400 km-dən çox məsafədə uzanır. Hünd. 4016 m-ədəkdir (MarkesBeyker d.). Yamaclarında 600 m hünd.-ədək iynəyarpaqlı meşələr, yuxarılarda Alp çəmənləri yayılmışdır, daha yuxarılarda daimi qarlar, buzlaqlar (ən irisi dəniz səviyyəsinədək enmiş Kolumbiya buzlağıdır) var.
Чугач даьлары.