ÇUQUÇÁK, T a ç e n – Çinin şm.-q.-ində, Sintszyan-Uyğur muxtar r-nunda şəhər. Әh. 157 min (2003). Tarbaqatay silsiləsinin c. ətəklərində, Qazax.-la sərhəddə yerləşir. Urumçi – Ayaquz (Qazax.) avtomobil yolunda nəql. məntəqəsi. Unüyütmə, ağac emalı və göndəri müəssisələri var. Yaxınlığında uran filizi çıxarılır.