ÇULIM – RF-nin Novosibirsk vil.-ndə çay. Uz. 392 km, hövzəsinin sah. 17,9 min km2. Baraba çöllərinin bataqlıqlarından başlanır. Aşağılarda Sarqul (34,6 km2) və Uryum (84,1 km2) göllərindən keçərək Kiçik Çanı gölünə tökülür. Әsasən, qar suları ilə qidalanır. Aprelin ortalarından noyabrın əvvəlinədək gursuludur. Dekabrdan martadək donmuş olur. Әsas qolu Karqatdır. Çulım ş. Ç. sahilindədir.