ÇULIM-YENİSEY ÇUXURU – RF-də Krasnoyarsk diyarının c.-unda geniş dağ arası Minusa çuxurunun bir hissəsi. Ş.-dən Şərqi Sayan dağ sisteminin qolları ilə, q.-dən Kuznetsk Alatausu ilə, şm.-dan Solqon, c.-dan Batenyov tirələri ilə əhatə olunmuşdur. Relyefi, əsasən, təpəliuvallıdır, c.-da xırda təpəlikdir. Hünd. 170 m-dən 550 m-ə dəkdir. Qumdaşılarından, konqlomeratlardan, şistlərdən və Paleozoyun, eləcədə Mezozoyun effuziv süxurlarından ibarətdir. Ç.Y.ç.-nun ş. kənarı boyunca Yenisey çayı, mərkəzi və q. hissəsindən isə Çulım çayı axır. Enli dayaz dərələr və çoxlu göllər (Şira, Belyo və s.) səciyyəvidir. C.-unda qara torpaqlarda tipik taxıl çölləri, şm.-ında və ön dağlıqda qələviləşmiş qara torpaqlarda və boz meşə torpaqlarında meşəçölləri inkişaf etmişdir. Krasnoyarsk diyarının mühüm k.t. r-nudur.