ÇULIŞMÁN – RF-də, Altay Resp.-nda çay. Uz. 241 km, hövzəsinin sah. 16,8 min km2. Yuxarı axını Çulışman yastıdağlığındadır; burada bir sıra göllərdən (ən böyüyü– Culukul, 29,5 km2) keçir, sonra Çulışman yastıdağlığı ilə Ulaqan platosu arasındakı dərin dərə ilə axaraq Teles gölünə tökülür. Qarışıq mənbədən, əsasən, qar suları ilə qidalanır. Maydan sentyabradək daşqınlar olur. Ortaillik su sərfi 158 m3/san. Oktyabrın sonu–dekabrın əvvəlindən martın sonu– mayın əvvəlindək donmuş olur. Әsas qolu Başkausdur.
Чулышман чайы.