ÇULLU – Azərb. Resp. Ağdam r-nunun Maqsudlu ə.d.-ndə kənd. R-n mərkəzindən 11 km şm.-da, Qarabağ düzündədir. Әh. 657 (2011); işğaldan (1993, iyul) əvvəl taxılçılıq, heyvandarlıq və üzümçülüklə məşğul olurdu. Orta məktəb, uşaq bağçası, klub, kitabxana, tibb məntəqəsi var idi.