ÇULLU – Azərb. Resp. Cəbrayıl r-nunun Qazanzəmi ə.d.-ndə kənd. R-n mərkəzindən 42 km q.-də, Kiçik Həkəri çayının sol sahilində, Gəyan düzündədir. Әh. 903 (2011); işğaldan (1993, avqust) əvvəl üzümçülük, baramaçılıq, heyvandarlıq və taxılçılıqla məşğul olurdu. İbtidai məktəb, kitabxana, klub, tibb məntəqəsi var idi.