ÇUMIŞ – RF-də, Altay diyarı və Kemero vo vil.-ndə çay, Ob çayının sağ qolu. Uz. 644 km, hövzəsinin sah. 23,9 min km2. Başlanğıcını iki qolla (Qara Ç. və Tom Ç.) Salair tirəsindən götürür. Yuxarı axını astanalıdır, mənsəbi yaxınlığında iki qola ayrılır. Әsasən, qar suları ilə qidalanır. Ortaillik su sərfi mənsəbindən 74 km məsafədə 146 m3/san-dir. Hövzəsində ümumi sah. 54,9 km2 olan 1300dən çox göl var. Noyabrın birinci yarısından aprelin ikinci yarısınadək donmuş olur. Ağac axıdılır. Zaxarov gəmi dayanacağınadək (196 km) gəmiçiliyə yararlıdır.
Чумыш чайы.