ÇÚNYA –RF-də, Krasnoyarsk diyarında çay. Podkamennaya Tunquskanın (Yenisey hövzəsi) sağ qolu. Uz. 727 km, hövzəsinin sah. 70,5 min km2. Cənubi Ç. və Şimali Ç. çaylarının qovuşmasından yaranır. Orta Sibir yastıdağlığı ilə axır; astanalıdır. Qar və yağış suları ilə qidalanır. May–iyun ayların da gursuludur, yayda və əsasən, payızda daşqınlar olur. Ortaillik su sərfi orta axının da 140 m3/san-dir. Oktyabrdan mayadək donmuş olur. Әsas qolları: Paimbu, Yuxarı Çunku, Aşağı Çunku (sağdan); Kimçu, Mutoray, Tıçanı (soldan). Hövzəsində ümumi sah. 48,24 km2 olan 1878 kiçik göl var. Kater gəmiçiliyinə yararlıdır.
Чунйа чайы.