ÇU-SARISU QAZLI VİLAYӘTİ – Qazaxıstanın Cambul və Cənubi Qazaxıstan vil.-lərində yerləşir. Sah. 150 min km2. İki qazlı r-ndan (Üçaral, Muyunqum) ibarətdir. İlk qaz yatağı (Pridorojnoye) 1971 ildə kəşf edilmişdir. Cəmi 8 qaz yatağı (Pridorojnoye, Amangəldi, Ayraktı və s.) aşkar olun muşdur. Qazlı vilayət eyniadlı sineklizin hüdudlarındadır. Sənaye əhəmiyyətli qazlılıq Kokpansor və Muyunqum çökəkliklərinin Üst Devon, Alt Karbon və Alt Perm çöküntüləri ilə əlaqədardır. Yataqlar qırılmalarla mürəkkəbləşmiş braxiantiklinallarda lay tiplidir. Üst Devon və Alt Perm kollek torları məsaməli (10–18%) qumdaşıların dan, Alt Karbonun kollektorları isə məsaməli (4%ədək) çatlı əhəngdaşılarından ibarətdir. Qazların tərkibi 70%ədək metan dan, 30%ədək azotdan ibarətdir; Alt Karbonun qazlarında, həmçinin, hidrogen sulfid (2,5%ədək) və karbon qazı da (0,38%ədək) iştirak edir. Әsas hasilat mərkəzi Taraz ş.dir.