ÇUSOVÁYA – RFdə, Çelyabinsk, Sverdlovsk vil.-ləri və Perm diyarında çay. Kama çayının sol qolu. Uz. 592 km, hövzəsinin sah. 23 min km2. Orta Uraldan başlanır. Yuxarı və aşağı axınında düzənlik, orta axınında dağ çayıdır (Ural drını kəsib keçir). Kamasu anbarına tökülür. Әsas qolu Sılvadır (soldan). Qar, yağış və yeraltı sularla qidalanır. Noyabrdan aprelədək buzla örtülü olur. Ortaillik su sərfi Lyamino qəs. yaxınlığında 206 m3/san-dir. Ağac axıdılır. Çusovoy ş.-ndən gəmiçiliyə yararlıdır. Su anbarı (Volçixin) var. Pervouralsk, Çusovoy ş.-ləri Ç. sahilindədir. Turizm inkişaf etmişdir.
Чусовайа чайы.