ÇUYA, B ö y ü k Ç u y a – RF-də, Buryat Resp. və İrkutsk vil.-ndə çay. Lena çayının sağ qolu. Böyük Ç. və Kiçik Ç. çaylarının qovuşmasından yaranır. Uz. 52 km (Böyük Ç.-nın mənbəyindən 512 km), hövzəsinin sah. 18,4 min km2. Sınnır silsiləsinin yamaclarından başlanır, Şimali Baykal yaylasından keçir. Qar və yağış suları ilə qidalanır. Oktyabrdan mayadək donmuş olur. Ortaillik su sərfi aşağı axınında 206 m3/san-dir. Hövzəsində ümumi sah. 8,7 km2 olan 42 göl var.