ÇUYA ÇÖLÜ – RF-də, Altay Resp.-nda, Altayın c.-ş.-ində dağarası çuxur. Çuya çayının (Ob hövzəsi) yuxarı axınında, Kuray silsiləsi ilə (şm.-da) Cənubi Çuya silsiləsi (c.-da) arasında, 1750–2200 m hünd.-dədir; uz. 70 km-ədək, eni 30–40 km-dir. Buzlaq və gölçay çöküntülərindən ibarətdir. Otlaq kimi istifadə olunan yarımsəhralar var. Ç.ç.-ndən Çuya avtomobil yolu keçir.