DADAŞOV Fərid Həsən oğlu (d.12.1.1930, Bakı) – Azərb. geoloqu, geologiya-mineralogiya e.d. (1966), prof. (1969). Azərb. Resp.-nın əməkdar elm xadimi (1991), Dövlət mükafatı laureatı (1989). 1952 ildə Azərb. Sənaye İn-tunu (indiki ADNA) bitirmişdir; 1951–57 illərdə in-tun “Neft yataqlarının geologiyası” kafedrasında assistent işləmişdir. 1957 ildən AMEA Geologiya İn-tunda böyük elmi işçi, laboratoriya rəhbəri, elmi işlər üzrə direktor müavini vəzifələrində çalışmışdır; hazırda şöbə müdiridir. Tədqiqatları təbii qazların geokimyası və faydalı qazıntıların geokimyəvi axtarış üsullarına həsr olunmuşdur. D. “Azərbaycanın geokimyəvi anomaliyaları”, “Azərbaycanın neftqazlılığı”, “Xəzərdə nizinin palçıq vulkanları” xəritələrinin həmmüəlliflərindəndir. 300-dən artıq elmi əsərin, o cümlədən 2 monoqrafiya, 3 ixtiranın müəllifidir. Elmi kadrların hazırlan masında xidməti var.