ÇÉXİYA MEŞƏSİ, Bohemiya meşəsi (çexcə Ceský Les, alm. Böhmerwald) – Çexiya və AFR-də, Çexiya massivinin c.-q. hissəsində dağlar. Uz. 80 km, hünd. 1042 m-ədəkdir (Çerxov d.). Qranit, qneys, kristallik şistlərdən ibarətdir. Dərələrlə ayrılmış yastı zirvəli silsilələrdən ibarətdir. Buzlaq gölləri; fıstıq, küknar, ağ şam meşələri, dağ çəmənləri, torfluqlar var. Ağac tədarük edilir. Mal-qara otarılır. Qranit çıxarılır.
Чехийа мешяси.