ÇÉXİYA-MORÁVİYA YÜKSƏKLİYİ – Çexiyada Çexiya massivinin c.-ş. hissəsi. Uz. təqr. 150 km, eni 10 km-ə, hünd. 837 m- ədəkdir (Yavorjitse d.). Qranit və qneyslərdən ibarətdir. Səthini, əsasən, çaylarla parçalanmış təpəliklər və alçaq dağlıqlar təşkil edir. Enliyarpaqlı və iynəyarpaqlı meşələr, çəmənlər, otlaqlar var.