ÇEKANÓVSKİ TİRƏSİ – RF-də, Saxa (Yakutiya) Resp.-nda dağ tirəsi. Lena çayının sol sahili boyu 320 km məsafədə uzanır və onun deltasını c.-q.-də məhdudlaşdırır. Mezozoyun qumdaşı, alevrolit və gilli şistlərindən ibarətdir. Hünd. 450–500 m (maks. 529 m). Şibyəli və kolluq tundra ya- yılmışdır. Sibirin tədqiqatçısı A.L. Çekanovskinin şərəfinə adlandırılmışdır.