DAĞ – yer səthində ətraf düzənliklərdən yüksəkdə olan, yamacları və ətəkləri ilə aydın seçilən müsbət relyef forması. Mənşəyinə görə D.lar tektonik-denudasion, yaxud vulkanik olur. D.-ın zirvəsi şiş uclu, günbəzvarı, platoyabənzər və s. formada ola bilər. Kamerunun c.-q.-indəki eyniadlı vulkan (dəniz səviyyəsindən 4100 m yüksəklikdə) və Mərkəzi Avstraliyadakı Ers-Rok monolit qalıq dağı (mütləq hünd. 868 m, nisbi hünd. 348 m) tipik D. nümunələridir. Okean və dənizlərin dibində də D.-lar (adətən vulkanik mənşəli) var. Bəzən onların zirvəsidə niz səviyyəsindən yuxarı qalxaraq adalar yaradır (məs., Hind okeanındakı Reyunyon a.-nda Piton-de-Nej sönmüş vulkanının krateri okean səviyyəsindən 3069 m hünd.-dədir).
Ерс-Рок даьы. Мяркязи Австралийа.