DAĞ BÜLLURU – kvarsın irikristallik, şəffaf növü. Tərkibi – SiO2. Әsasən, orta və aşağı temp-rlu hidrotermal proseslər zamanı kvars damarlarında və peqmatitlərdəki boşluqlarda əmələ gəlir; sintez yolu ilə də alınır. Şüşə parıltılıdır. Bircinsli şəffaf monokristalları yüksəkkeyfiyyətli akustik cihazların, saat hissələrinin hazırlanmasında qiymətli texniki xammaldır. D.b.-ndan, həmçinin zərgərlik məmulatı hazırlanmasında və bədii daşyonma sənətində istifadə olunur. Yataqları RF-də (Ural, Altay, Pa mir), Ukraynada, İsveçrədə, Madaqaskarda, ŞriLankada və s. yerlərdədir. Azərb. Resp.-nda (Böyük Qafqazda) təzahürləri var.
Даь бцллуру. Газахыстан.