DAĞ CӘYİR – Azərb. Resp. Şəmkir r-nunda kənd. Dağ Cəyir ə.d.-nin mərkəzi. R-n mərkəzindən 21 km c.-q.-də, Artəpə çayının sağ sahilindən 2 km aralı, Şəmkir–Çaykənd avtomobil yolu kənarında, Kiçik Qafqaz d-rının ətəyindədir. Әh. 1059 (2011); taxılçılıq, kartofçuluq və heyvandarlıqla məşğuldur. Tam orta məktəb, mədəniyyət evi, kitabxana, tibb məntəqəsi var.