DAĞ DÜYÜNÜ – iki, yaxud bir neçə silsilənin kəsişmə və ya ayrılma sahəsi. D.d. adətən yüksək, çətin keçilən və buzlaşma mərkəzlərindən ibarət olur (məs., Hissar Alay dağ sistemində Türküstan, Zərəfşan və Alay silsilələrinin kəsişməsindən yaranan Matça D.d., hünd. 5621 m-ədək).