DAĞ KӘSӘMӘN – Azərb. Resp. Ağstafa r-nunda kənd. Dağ Kəsəmən ə.d.-nin mərkəzi. R-n mərkəzindən 3 km ş.-də, Bakı– Qazax avtomobil yolu kənarında, Ağstafa çayının sağ sahilində, Gəncə-Qazax düzənliyindədir. Әh. 7386 (2011); əkinçilik və heyvandarlıqla məşğuldur. 2 tam orta məktəb, 2 uşaq bağçası, mədəniyyət evi, 2 kitabxana, tibb məntəqəsi var.