DAĞ QUŞÇU – Azərb. Resp. Siyəzən r-nunda kənd. Dağ Quşçu ə.d.-nin (Dağ Quşçu, Әlməkolu k.-ləri daxildir) mərkəzi. R-n mərkəzindən 18 km c.-q.-də, Baş Qafqaz silsiləsinin ətəyində, Gilgilçayın sahilindən 6 km aralıdır. Әh. 548 (2011); əkinçilik və heyvandarlıqla məşğuldur. Tam orta məktəb, kitabxana, poçt, tibb məntəqəsi var.