DAĞ MASSİVİ – dağların nisbətən təcrid olunmuş, təqr. eyni uzunluğa və enə malik hündür hissəsi. D.m.-lərinin səthi zəif parçalanmış olur (məs., Karpat drında Tatra massivi, Alp d-rında Monblan massivi). D.m.-ləri tektonik, vulkan və s. mənşəli olur.