DAĞ SİSTEMİ – yer səthində ətraf düzən liklərdən yüksəkdə olan, daxilində hünd.-ləri xeyli və kəskin fərqlənən sahələr. Yer qabığının dislokasiyaya uğrayaraq intensiv qalxması nəticəsində yaranır. Bəzən bir neçə min km-ədək uzanır. Dağarası çökəkliklər və çay dərələri ilə ayrılan silsilələrdən ibarətdir. D.s. təcrid olunmuş (məs., Ural d.s.) yaxud qrup şəklində (bax Dağlıq ölkə) olur. Həmçinin bax Dağlar.