DAĞ TERRASLARI, H o l s t e r r a s l a r ı, S o l i f l ü k a s i y a t e r r a s l a r ı – meşə xəttindən yuxarıda dağ yamaclarının köklü süxurlarında yaranmış terrasvarı meydançalar (meşə qurşağının yuxarı hissə lərində relikt D.t.-na rast gəlinir); çox vaxt yamacaşağı pillələr yaradırlar. D.t. orta və yüksək enliklərin kontinental iqlimə malik vilayətlərində donuşluq aşınması və soliflü kasiya nəticəsində formalaşır. RF-də (Şərqi Sibirdə, Şimali və Qütb Uralında), Kanada və ABŞda (Alyaskada) geniş yayılmışdır.