DAĞ UÇURUMU – dik və yarğanlı dağ yamaclarında böyük süxur kütlələrinin uçulması. Süxurlarda gedən aşınma prosesləri, seysmik təkanlar, həmçinin yerüstü və yeraltı suların fəaliyyəti nəticəsində yaranır. 1911 ildə Pamirdə baş vermiş zəlzələnin və onun yaratdığı uçqunun (Usoy d.u.) Mürğab çayının (Pənc çayı hövzəsi) qarşısını kəsməsi nəticəsində Sarez gölü əmələ gəlmişdir.
Усой даь учуруму. Сарез эюлц.