DAĞARASI ÇÖKӘK – Yer qabığının mütəhərrik qurşaq hüdudlarında dağ sistemlərini ayıran xətti uzanmış dərin tektonik çökək. Geol. quruluşuna görə D.ç. kənar çökəklərin oxşarıdır. Adətən D.ç.-lər böyük qalınlıqlı qırıntı çöküntüləri ilə (molasslarla) dolmuş olur; əsasən, mütəhərrik qurşaqların aralıq massivlərini örtür. Məs., Böyük Qafqazın qırışıqlıq sistemini Kiçik Qafqazın AcarTriolet qırışıqlıq sistemindən ayıran Rioni və Yuxarı Kür D.ç.-lərini dol durmuş Son Miosen-Pliosen molassları Cənubi Qafqaz aralıq massivini örtür. D.ç. Yer qabığının əyilməsi ilə bərabər ətrafdakı dağ sistemlərinin qalxması nəticəsində yaranır. D.ç.-lərlə kömür, neft, təbii yanar qaz, daş duz və kalium duzu yataqları əlaqədardır.