DAĞ-DӘRӘ KÜLӘKLӘRİ – gündüz dərələrdən dağlara (d ə r ə k ü l ə k l ə r i), gecə isə əksinə – dağlardan dərələrə (d a ğ k ü l ə k l ə r i) əsən küləklər. Yerli hava dövranı sistemində dağ yamacları və dərələr üzərində yaranan müxtəlif tempr və təzyiq fərqi nəticəsində əmələ gəlir. D.d.k.-nin sürəti atm. təzyiqi və buludluqdan asılı olaraq müxtəlifdir; aydın havada bəzən 10 m/san-yə çatır. D.d.k. rütubət, buludluq və yağıntının günlük gedişinə də təsir göstərir; gündüzlər dağlarda buludların əmələ gəlməsinə və yağıntının düşməsinə, gecələr isə buludların çəkilməsinə şərait yaradır. Azərb. Resp.-nda D.d.k. bütün dağlıq r-nlar, xüsusilə Böyük və Kiçik Qafqaz üçün xarakterikdir.