ÇELOV, Çalov – Azərb. Resp. Qobustan r-nunun Cəyirli ə.d.-ndə kənd. R-n mərkəzindən 5 km şm.-q.-də, dağətəyi ərazidədir. Əh. 1700 (2011); əkinçilik, xalçaçılıq və heyvandarlıqla məşğuldur. Tam və ibtidai orta məktəb, klub, kitabxana, tibb məntəqəsi var.