ÇELYABİNSK QONUR KÖMÜR HÖVZƏSİ – RF-də, Çelyabinsk vil. ərazisindədir. Sah. 1300 km2. Ehtiyatı 687 mln. t. Hövzə ərazisində kömür 1832 ildən məlumdur, 1907 ildən istismar olunur. Hövzədə 8 geoloji-sənaye əhəmtiyyətli r-n ayrılıb; hasilat Kopeysk, Kamışinsk, Korkinsk və Yemanjelinsk r-nlarında aparılır. Kömür Trias-Yura çöküntüləri ilə əlaqədardır; uz. 170 km, eni 15 km-ədək olan qrabendə toplanmışdır. Kömürlü formasiyada kömür laylarının qalınlığı 0,8 m-dən 200 m-ədəkdir. Kömürün küllülüyü yüksəkdir (36%); kü- kürd 1,2%, rütubət 17%-dir. Yanma istiliyi 14 MC/kq. Hasilat mərkəzləri Kopeysk,
Korkino, Yemanjelinsk şəhərləridir.