ÇELYÚSKİN Semyon İvanoviç (təqr. 1700–1760-dan sonra) – rus qütb tədqiqatçısı, dənizçi, 3-cü dərəcəli kapitan. Böyük Şimal (2-ci Kamçatka) ekspedisiyasında (1733–43) iştirak etmiş, V.V. Pronçişşevin, sonralar X.P. Laptevin dəstələrində işləmişdir. Taymır y-a-nın q. (76°42’ şm.e.) və ş. (onun adı verilmiş burunadək) sahillərini təsvir etmişdir.
Əd.: Глушанков И.В., Первоисследователи Таймыра, в сб.: Полярный круг. М., 1974; Троиц кий В.А., Географические открытия В.В. Прончищева, Х.П. Лаптева и С.И. Челюскина на Таймыре, в. сб.: Летопись Севера [т. 7], М., 1975.